Rusiyalı məmurların övladları müharibə vaxtı xaricdə necə dincəlir?- FOTOLAR

Sərt anti-Qərb ritorikası ilə danışan və müharibəni açıq şəkildə dəstəkləyən Rusiya məmurlarının övladları müntəzəm olaraq xaricdə, o cümlədən NATO ölkələrində istirahət edirlər.

Azpost.info xəbər verir ki, bu barədə “The Insider” məmurların qohumlarının və dostlarının sosial şəbəkələrdəki hesablarını araşdırdıqdan sonra yazıb.

NATO blokunun Rusiyaya qarşı hibrid müharibə apardığını iddia edən Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin qızı Veronika bu yaxınlarda Türkiyə, İtaliya, Yunanıstan, BƏƏ, həmçinin Bali adalarına səfər edib.

“İnsider” qeyd edir ki, Veronika Narışkina Xarici Kəşfiyyat Xidmətinin rəhbərinin ailəsinin digər üzvləri kimi hələ də sanksiyalar siyahısında deyil.

Rusiya müxalifətini ABŞ kəşfiyyat orqanları ilə əməkdaşlıqda ittiham edən Federasiya Şurasının üzvü Vladimir Cabarovun oğlu Aleksandr 2021-ci ilin yayında Kaliforniyanı gəzib, San-Fransisko və Los-Ancelesə səfər edib.

Ukraynada müharibə başlayandan sonra Aleksandr İsveç, Norveç, Dubay və Türkiyəyə səfər edib.

Cabarovun oğlu atasından fərqli olaraq sanksiya siyahısına daxil edilməyib. Bu səbəbdən də Qərb ölkələrinə səyahətlərini davam etdirir.

Öz növbəsində Rusiya Federasiya Şurası sədri Valentina Matvienkonun gəlini Yuliya müharibə başlayandan sonra İtaliyada, Maldivlərdə, Dövlət Dumasının vitse-spikeri Aleksandr Jukovun gəlini Yunanıstanın Mikonos adasında dincəlib.

“The Insider”da Ukraynanın Donetsk vilayətində ən şiddətli döyüşlər zamanı Dubayda Yeni il tətilini keçirmiş Rusiya müdafiə naziri Sergey Şoyqunun qızı Kseniyaya xüsusi yer ayırıb.

Nəşrin redaktorları onun əri ilə qaldığı “Caesars Palace Dubai” otelinin xərclərini hesablayıb. Məlum olub ki, tətil cütlüyə ən azı 500 min rubla başa gəlib.

Azpost.info

Əvvəlki məqalə

Nazirin müşaviri ayaqyolu olmayan məktəbə getdi –

Sonrakı məqalə

Alimpaşa Məmmədovun işi ilə bağlı istintaq yenilənib