“Rusiyalı milyarderlər aktivlərini vətənlərinə qaytarmağa başlayıblar”- “Bloomberg”

Ukraynada müharibə başlayandan sonra Qərbin sanksiyalarına məruz qalan varlı ruslar bizneslərinin mümkün milliləşdirilməsindən ehtiyat edərək aktivlərini tədricən Rusiyaya köçürməyə başlayıblar.

Azpost.info xəbər verir ki, bunu anonimlik şərti ilə iki rusiyalı milyarder “Bloomberg”ə bildirib.

Onlardan birinin sözlərinə görə, öz bizneslərini yalnız Rusiyada aparmağa məcburdurlar və aktivlərin müsadirə olunmasının mümkün riskləri barədə düşünməməyə çalışırlar.

Sanksiyaya məruz qalan və aktivlərini vətənə qaytaran digər sahibkar indi ailəsi ilə birlikdə Rusiyada yeni həyat quracağını qeyd edib.

Agentlik yazır ki, Kipr və İsveçrə Rusiya işğalı başlayandan sonra təsisçiləri və ya benefisiarları Rusiya vətəndaşları olan ailə trastlarının idarə edilməsi üzrə xidmətlərin göstərilməsinə qadağa qoyub.

Digər varlı ruslar sərvətlərini Birləşmiş Ərəb Əmirlikləri kimi “dost ölkələrə” köçürmək istəyirlər, lakin sanksiyaya məruz qalan milyarderlərin əksəriyyəti aktivlərini Rusiyaya qaytarmağı üstün tutublar.

Azpost.info

 

Əvvəlki məqalə

“Ukraynadakı vəziyyəti diqqətlə izləyir, danışıqlara çağırırıq” –

Sonrakı məqalə

Fransa səfirinin dediklərinə erməni təəssübkeşliyi kontekstində baxmaq lazımdır