Rusiyanı tərk edənlərin əmlakları müsadirə oluna bilər– Volodin “əclaflar cavab verməlidirlər” dedi

Rusiya Dumasının sədri Vyaçeslav Volodin Rusiyanı tərk edən və ölkəyə təhqirlər yağdıran vətəndaşların əmlaklarının müsadirəsini təklif edir.

Azpost.info xəbər verir ki, Volodin ölkədən gedənləri “əclaflar” adlandırararq onların vətənləri sayəsində rahat yaşamalarına və Rusiyaya çirkab töküb əsgər və zabitləri təhqir etmələrinə qəzəbləndiyini bildirib.

Onun fikrincə, buna görə cavab verilməlidir: “Cinayət Məcəlləsinin müvafiq maddələrinə onların malik olduqları əmlakın müsadirə edilməsi haqqında bənd əlavə etmək düzgün olardı. Təbii ki, bu, onların vicdanını bərpa etməyəcək”.

“Ədalətin onlara çata bilməyəcəyinə inanaraq öz cəzasızlıqlarını hiss edirlər. Təhqirlərin məqsədi rəğbət qazanmaq və xaricdə var-dövlətlərini saxlamaq cəhdidir. Rusiyanı, onun sakinlərini, əsgərlərini və zabitlərini təhqir etmək, eləcə də bədxahlara, nasistlərə və qatillərə açıq dəstək, ekstremizmə çağırışlar nasizmin reabilitasiyası və ya Silahlı Qüvvələrin gözdən salınması kimi qiymətləndirilə bilər”, – Volodin qeyd edib.

Volodin daha əvvəl də Rusiyanın xüsusi əməliyyatını tənqid edən şəxslərin ölkə vətəndaşlığından məhrum edilməsinə çağırıb. Onun sözlərinə görə, ölkə əhalisinin əksəriyyəti Rusiyanın Ukraynadakı hərəkətlərini dəstəkləyir.

Azpost.info

Əvvəlki məqalə

“Ərzaq təhlükəsizliyinə təhdid var”

Sonrakı məqalə

Rusiya Ukraynanın Soledar şəhərinin ələ keçirib