Rusiyanın 14 şirkəti azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün müraciət edib

 

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün müraciət edən Rusiya şirkətlərinin sayı məlum olub.

Azərbaycan-Rusiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının həmsədrləri Şahin Mustafayev ilə Aleksey Overçuk arasında videokonfrans formatında keçirilən görüşdə məlumat verilib.

Rusiya şirkətləri üçün Azərbaycan sənaye parklarında həyata keçirilən layihələrdə iştirak etmək üçün əlverişli imkanların olduğu, o cümlədən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün 14 şirkətin müraciət etdiyi diqqətə çatdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda yük maşınlarının bağladığı yollar açılıb

Sonrakı məqalə