“Rusiyanın Britaniyadakı bütün aktivlərini Kiyevə verməyə hazırıq”- Devid Kemeron

London Rusiya Mərkəzi Bankının Böyük Britaniyadakı dondurulmuş bütün aktivlərini Ukraynaya borc verməyə hazırdır.

Azpost.info xəbər verir ki, bu barədə “Guardian” Britaniyanın xarici işlər naziri Devid Kemerona istinadən yazıb.

“Böyük Britaniya Rusiya Mərkəzi Bankının Böyük Britaniyadakı dondurulmuş bütün aktivlərini Ukraynaya borc verməyə hazırdır”, – Kemeron bildirib.

Nəşrin yazdığına görə, nazir bəyanatı Rusiyanın müharibənin sonunda Ukraynaya təzminat ödəməyə məcbur olacağı ilə əsaslandırıb.

Azpost.info

Əvvəlki məqalə

Puqaçova “Rusiyaya qayıdıb diz çökəcəklər” deyən Mixaylova cavab verdi

Sonrakı məqalə

Son iki ayda 13 minə yaxın vətəndaşın kart məlumatları oğurlanıb