Rusiyanın Çinlə bağlı nəhəng qaz layihəsi işə düşür –

30 illik müqavilə qüvvəyə minir
12 Sentyabr 2019 - 11:34

Dekabrin 1-də Rusiyadan Çinə qaz verilişini təmin edəcək “Sibir gücü” layhəsi işə düşəcək.

Azpost.info bildirir ki, bu barədə “Qazprom”un rəhbəri Miller prezident Putinlə görüşü zamanı bildirib. Bunu tarixi hadisə adlandıran Miller deyib ki, bu kəmərlə dünyanın ən nəhəg qaz ixrac edən ölkəsinin ən nəhəg qaz idxal edən ölkəsinə-Çinə qaz verilişi başlanacaq.

30 il ərzində Çin bazarına bir trilyon kubmetr qaz idxal ediləcək: “Çin bazarı sürətlə inkişaf edən bazardır. Biz Çinə başqa marşrutlarla da qaz idxalı ilə bağlı imkanları öyrənirik”-deyə Miller vurğulayıb.