“Rusiyanın “çirkli bomba” iddialarını rədd edirik”- ABŞ, Britaniya və Fransadan birgə AÇIQLAMA

“Rusiyanın Ukraynanın “çirkli bomba”dan istifadə etmək niyyətində olduğuna dair iddialarını rədd edirik”.

Azpost.info xəbər verir ki, bu barədə Britaniya və Fransanın xarici işlər nazirləri Ceyms Kleverli və Ketrin Kolonna, eləcə də ABŞ dövlət katibi Entoni Blinkenin birgə açıqlamasında bildirilir.

Britaniya hökümətinin saytında yer alan açıqlamada qeyd olunur ki, Rusiyanın bu bəyanat Ukraynada eskalasiya üçün bəhanə sayıla bilər.

“Biz hamımız Rusiyanın Ukraynanın “çirkli bomba”dan istifadə etməyə hazırlaşdığı barədə açıq-aşkar yalan iddialarını rədd edirik”, – açıqlamada vurğulanır.

Qeyd edək ki, oktyabrın 23-də Rusiya mətbuatı müxtəlif ölkələrdəki adı açıqlanmayan mənbələrə istinadən xəbər verib ki, Ukrayna hakimiyyəti guya ölkə ərazisində “çirkli bomba” partlatmaqla təxribat hazırlayır. Rusiya mediası bu məlumatla bağlı heç bir sübut təqdim etmir.

Azpost.info

 

Əvvəlki məqalə

Prezident İlham Əliyev bu gün Gürcüstana səfər edəcək

Sonrakı məqalə

YAP-a məcburi üzvlük dayandırılıb