Rusiyanın dondurulmuş aktivləri Ukrayna üçün silah almağa xərclənəcək

Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə edilən gəlirin təxminən 90%-i Ukraynanı lazımi silah və hərbi texnika ilə təmin etmək üçün Avropa Sülh Fonduna yönəldiləcək.

Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosep Borrell mətbuat konfransında deyib.

“Bizə aylardır ehtiyacımız olan yekdillik lazımdır. Mən dünən Xarici İşlər Nazirləri Şurasında bu barədə danışmışam, bu gün də bunu etdik. İstifadə edilmisini gözləyən 6,6 milyard avro var və bunun üçün lazım olan bütün alətlər hələ də təsdiqini gözləyir”, – Borrel vurğulayıb.

Əvvəlki məqalə

Bakıda maşın süpürgəçi qadını vurdu, qadın ofisianta çırpıldı

Sonrakı məqalə

“Ukraynada yeganə legitim hökumət Ali Radadır” –