“Rusiyanın dəmir yolu şəbəkəsi dünyada birinci yerdədir”- PUTİN

Dəmir yolu şəbəkəsi Rusiyanın yük dövriyyəsinin 87 faizini təmin edir.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

IV Dəmir Yolları Konqresində çıxış edən dövlət başçısı vurğulayıb ki, Rusiyada ildə bir milyarddan çox sərnişin qatarlardan istifadə edir.

“Ölkənin yük dövriyyəsinin 87 faizini, sərnişin daşımalarının isə təxminən üçdə birini təmin etməklə, istifadə intensivliyinə görə dəmir yolu şəbəkəmiz dünyada birinci yerdədir. Rusiya dəmir yollarından ildə bir milyarddan çox sərnişin istifadə edir. Bu ciddi rəqəmlər”, – Putin bildirib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.