Rusiyanın hərbi Akademiyasının vitse-prezidentindən əcaib hədə:"Kiyevlə məsələni həll edək, ordumuz Azərbaycanla məşğul olacaq"

“Rusiya Ukraynada məsələni yaya qədər həll edəcək. Orada məsələni həll edən kimi Rusiya silahlı qüvvələrinin əl-qolu açılacaq və bundan sonra Azərbaycanla məşğul olacaq”.

Azpost.info haqqın.az-a istinadən bildirir ki, bu əcaib bəyanatla Rusiyanın raket və artilleriya Akademiyasının prezidentinin müavini Konstantin Sivkov çıxış edib.

“Min kilometrlik cəbhə ilə məsələni həll etdikdən sonra Azərbaycanla məşğul olacağıq bu məsələni həll edəcəyik. Rusiya hələlik Azərbaycanla diplomatik kanalla işləyir. Azərbaycan Türkiyə və ABŞ-ın dəstəyi ilə Rusiya üçün ciddi problemlər yaradır. Rusiya rəhbərliyi və Rusiya bunu unutmayacaq“-deyə Sivkov hədələyici halda bildirib.

Xatırladaq ki, bundan əvvəl MQİMO-nun professoru da Bakıya raket zərbəsinin endiriləcəyi ilə hədələyib. Bundan sonra o həmin ali məktəbdən qovulub.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.