London Ali Məhkəməsi paytaxtın prestijli Kensinqton bölgəsindəki Rusiyaya məxsus 60 milyard dollar dəyərində torpaq sahəsinə YUKOS işi üzrə həbs qoyub.
Azpost.info xəbər verir ki, torpaq sahəsi 2006-cı ildə Rusiya tərəfindən 8 milyon funta alınıb. Lakin məhkəmə öz qərarında onun hərraca çıxarılmasını, alınan pulun GML Group-a köçürülməsini nəzərdə tutub.
GML-in baş direktoru Tim Osborn qeyd edib ki, keçmiş YUKOS səhmdarlarının məqsədi bütün dünyada qanuni tədbirlər vasitəsilə Rusiyanı öz hərəkətlərinə görə cavabdeh tutmaqdır.
Rusiya torpaq sahəsinin zəbt edilməsi ilə bağlı məhkəmə qərarına etiraz etmək hüququnu özündə saxlayır. İş üzrə növbəti məhkəmə prosesi aprelin 12-nə təyin edilib.
Azpost.info