Rusiyanın məşhur “Tatu” qrupu yenidən birlikdə konsert verəcək

Fəaliyyətinə xitam verilmiş məşhur rus qrupu “Tatu”nun keçmiş üzvləri Yuliya Volkova və Yelena Katina sentyabrın 3-də Minskdə konsert proqramı ilə çıxış edəcəklər. Lakin qrupun yenidən bərpa olunduğu barədə məlumat verilməyib.

TASS xəbər verir ki, bu barədə Y.Volkovanın konsert direktoru Katerina Doroş bildirib. “Hazırda Minskdə keçiriləcək konsert haqqında danışırıq. Hələ ki, başqa heç nə haqqında məlumat vermək niyyətində deyilik”.

Qeyd edək ki, vaxtilə məşhur rus qruplarından olan “Tatu” 1999-cu ildə yaradılıb və 2003-cü ildə keçirilən “Avroviziya” mahnı müsabiqəsində üçüncü yeri tutaraq Rusiyanı təmsil edib. Qrup 2011-ci ildə fəaliyyətinə xitam verib və solistlər öz solo karyeralarına başlayıblar.

Əvvəlki məqalə

“Ermənistanla normallaşma prosesi Azərbaycanla koordinasiya şəklində davam edir” –

Sonrakı məqalə

Putin və Paşinyan Qarabağda vəziyyəti müzakirə edib