KXDR Rusiya ordusunun qələbə qazanacağına şübhə etmir.
Azpost.info xəbər verir ki, bu barədə Şimali Koreya Xarici İşlər Nazirliyindən bildirilib.
XİN KXDR hökumətinin Rusiyanın yanında möhkəm dayanacağını da bəyan edib.
“Biz heç bir şəkildə şübhə etmirik ki, Rusiyanın hörmətli prezidenti Vladimir Putinin müdrik rəhbərliyi altında Rusiya ordusu və xalqı öz dövlətlərinin suveren hüquqlarını və təhlükəsizlik maraqlarını qorumaq üçün mükəmməl mübarizədə böyük qələbəyə nail olacaq. Biz də bir daha əmin edirik ki, qələbə gününə qədər həmişə rus yoldaşlarımızın yanında olacağıq”, – məlumatda deyilir.
Azpost.info