Rusiyasız yeni dünya nizamı… - Borrel Praqa sammitinin mesajını açıqladı

“Oktyabrın 6-da Praqada keçiriləcək Avropa Siyasi Birliyinin sammitində liderlər Rusiyasız yeni dünya nizamı axtarışı ilə bağlı Moskavaya siqnal göndərəcəklər”.

Azpost.info xəbər verir ki, “Reuters” bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrelə istinadən yazıb.

“Bu görüş Rusiyasız yeni dünya nizamı axtarır”, – Borrel deyib.

Avropa Siyasi Birliyinin ilk iclasında 44 dövlətin, o cümlədən Aİ-yə üzv 27 ölkənin, həmçinin Azərbaycan, Türkiyə, Ermənistan, Gürcüstan, Kosovo, Moldova, Serbiya, Böyük Britaniya və Ukraynanın iştirakı gözlənilir.

Azpost.info

Əvvəlki məqalə

Aİ komissarı Kiyev üçün NATO yolunda əsas əngəli

Sonrakı məqalə

Prezident İlham Əliyev Praqaya səfərə gedib –