Rusiyaya qarşı yeni sanksiyalar paketində nələr olacaq?- “Bloomberg” AÇIQLADI

Avropa İttifaqı yeni sanksiyalar paketinə 2024-cü il yanvarın 1-dən Rusiya brilyantlarına qadağa qoyulmasını daxil edəcək.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bundan başqa, mərhələli şəkildə üçüncü ölkələrdə emal olunmuş qiymətli daşların idxalına qadağa tətbiq ediləcək.

Aİ-yə üzv ölkələr bu həftənin sonuna qədər sanksiyalara dair təklif olunan məhdudiyyətləri müzakirə etmək niyyətindədirlər. Agentlik qeyd edir ki, qiymətli daş təşəbbüsləri hələ də dəyişikliklərə məruz qala bilər.

Sanksiyalar həmçinin Rusiyaya kimyəvi maddələrin, litium batareyaların, termostatların və mühərriklərin, o cümlədən pilotsuz təyyarələrin istehsalı üçün nəzərdə tutulan məhsulların tədarükünə də təsir göstərə bilər.

Xüsusilə, Avropa İttifaqı Rusiya neftinin tədarükünə nəzarətin gücləndirilməsini təklif edib. “Bloomberg” yazır ki, enerji resursunun daşınması prosesində onun açıq dənizdə başqa tankerə ötürülməsi üsulundan istifadə edilir və beləliklə, tədarükçülər neftin mənşəyini gizlədirlər. Avropa siyasətçiləri bu boşluğu bağlamağa çalışırlar.

Azpost.info

Əvvəlki məqalə

MTK sədrinə cinayət işi açılıb

Sonrakı məqalə

Məktəblərdə istiliklə bağlı vəziyyət açıqlanıb