“Ruslar azad dünyada istirahət imkanından məhrum edilməlidir” - ABŞ-ın Rusiyadakı keçmiş səfiri

“Ruslar azad dünyada istirahət imkanından məhrum edilməlidir”.

Azpost.info xəbər verir ki, bunu ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol deyib.

“Heç bir rusun azad dünyada istirahət etməyə haqqı yoxdur. Bu, xüsusilə bu gün bir imtiyazdır”, – diplomat özünün “Tviter” səhifəsində yazıb.

Eyni zamanda, o qeyd edib ki, baş verən hadisələr fonunda vətənlərini tərk etmək istəyən və xaricdən Rusiyada azadlıq və insan haqları uğrunda mübarizə aparmağa çalışan rusları həvəsləndirməyə dəyər.

Azpost.info

Əvvəlki məqalə

“Baku Steel Company”nin sabiq rəhbərinin məhkəməsi başlayır

Sonrakı məqalə

Şuşada qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin siyahısı təsdiq edilib