“Ruslar və ukraynalılar bir xalqdır, qardaşlar arasında böyük faciə yaşanır”- PUTİN

“Ruslar və ukraynalılar bir xalqdır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin birbaşa xətt və geniş mətbuat konfransı formatında keçirilən “Vladimir Putinlə ilin nəticələri” televiziya proqramında deyib.

Putin Ukraynadakı münaqişəni qardaşlar arasında vətəndaş müharibəsinə bənzər böyük faciə adlandırıb.

“Mahiyyət etibarilə ruslar və ukraynalılar vahid xalqdır. İndi baş verənlər isə qardaşlar arasında vətəndaş müharibəsinə bənzəyən böyük faciədir”, – Rusiya lideri deyib.

Onun sözlərinə görə, Ukraynada münaqişə 2014-cü ildə dövlət çevrilişi ilə başlayıb: “O vaxta qədər ölkəmiz onilliklər boyu Ukrayna ilə normal münasibətlər qurmağa, güzəştə getməyə çalışırdı. Həm bu, həm NATO-nun sərhədlərimizə yaxınlaşmaq istəyi, həm də 8 il ərzində Donbasdakı qanlı hadisələr indiki faciəyə gətirib çıxardı”.

Azpost.info

Əvvəlki məqalə

Xəzər rayonunda avtomobil yollarının təmirinə vəsait ayrılıb

Sonrakı məqalə

Hakan Fidan Heydər Əliyevin məzarını, “Türk şəhidliyi” və Şəhidlər xiyabanını ziyarət edib