“Sədərək” gömrük postunda sıxlığın yaranmasının səbəbi açıqlanıb

Sosial şəbəkələrdə və bir sıra kütləvi informasiya vasitələrində Türkiyə ilə sərhəddə yerləşən “Sədərək” gömrük postunda yük nəqliyyat vasitələrinin sıxlığının yaranması və sürücülərdən qeyri-qanuni vəsaitlərin tələb olunması ilə bağlı məlumatlar yayımlanıb.

Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, “Sədərək” gömrük postunda nisbi sıxlığın yaranmasına səbəb Azərbaycandan tranzit keçməklə İrandan Türkiyəyə gedən yük nəqliyyat vasitələrinin sayının artmasıdır.

“Hazırda “Sədərək” gömrük postu vasitəsilə qarşı tərəfin də buraxılış qabiliyyəti nəzərə alınmaqla gündəlik 480 yük nəqliyyat vasitəsinin keçidi təmin edilir. Sürücülərdən qeyri-qanuni vəsaitlərin yığılması ilə bağlı iddialar ümumiyyətlə həqiqətə uyğun deyil, böhtan xarakteri daşıyır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 211-ci maddəsinə əsasən ölkə ərazisinə daxil olan nəqliyyat vasitələri parametrləri, ölkə ərazisində qalma müddətləri və qanunvericilikdə müəyyənləşdirilən digər amillər nəzərə alınmaqla yol vergilərinə cəlb olunurlar”, – deyə məlumatda bildirilir.

Əvvəlki məqalə

“Niyə dövlətin boynuna qoymalıyıq?!”

Sonrakı məqalə

3 ildə 553 odlu silah polisə könüllü təhvil verilib