“Sədərək” Ticarət Mərkəzi qəsdən yandırılıb –Bir nəfər tutulub / RƏSMİ

Azərbaycan Respublikası Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyi“Sədərək” ticarət mərkəzində yanğınla bağlı birgə məlumat yayıb.

Məlumatda deyilir:

“Xəbər verildiyi kimi, yanvarın 8-i saat 18 radələrində Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş vermişdir.

 

Baş vermiş hadisə ilə bağlı zəruri istintaq hərəkətləri aparılmışdır.

 

İlkin araşdırma zamanı ticarət mərkəzinin 15-16-cı sıralarında ümumilikdə 800 kvadratmetr sahəsində yerləşən 27 mağazanın Bakı şəhər sakini Əfqan Abdullayev tərəfindən qəsdən yandırılması, nəticədə icarədar və sahibkarlara külli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilmişdir.

 

Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 186.2.1 (külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə) və 186.2.2-ci (yandırmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələrilə cinayət işi başlanmışdır.

 

İş üzrə Əfqan Abdullayev şübhəli şəxs qismində tutulmuşdur.

 

Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir”.

Əvvəlki məqalə

Azərbaycanın məşhur rəssamlarının ölkədən çıxarılmış əsərləri internetdə satışa qoyulub –

Sonrakı məqalə

“Xeyir ola, kasıb vergi ödəyir, varlı niyə ödəmir?” –