Meksikanın San Pedro Huamelula şəhərinin meri Viktor Hüqo Sosa timsahla evlənib.
Azpost.info bildirir ki, bu barədə Sky News xəbər verir. Meksikanın abirogen xalqı Çontal xalqının yaşadığı San Pedro Huamelula şəhərinin meri Viktor Hüqo Sosa xalqına uğurlar gətirmək üçün dişi timsahla evlənib.
Toy mərasimi şəhərcikdə 230 ildir davam edən ənənəvi mərasim çərçivəsində keçirilib.
Belə ki, mer Alisiya Adriana adlı timsahla evlənib. Mer sədaqət andı içib, bir-birini sevdiklərini bəyan edib.
Bu bölgədə timsah su və uğurlu balıq ovun simvolu hesab olunur. Timsahla evlilik yaxşı yağış, bol məhsul, sülh və əmin-amanlıq müqabilində tanrılara hədiyyə gətirmək deməkdir.
Ənənəyə görə, toydan əvvəl dişi timsahı evdən evə aparırlar ki, şəhər əhalisi onu qucaqlayıb rəqs etsin. Bundan sonra timsaha ağ gəlin paltarı geyindirilir və nikah mərasimi üçün bələdiyyə binasına aparılır.
Azpost.info