Şəkidə avtomobil ağaca çırpılıb, üçü azyaşlı olmaqla dörd nəfər ölüb

Bu gün saat 19 radələrində Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Nicat Mirzəyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, hadisə nəticədə sürücü və avtomobildə olan 3 azyaşlı vəfat edib, digər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.