Şəkidə naməlum şəxs obyektlərdən birinə atəş açıb

Noyabrın 28-də saat 19:30 radələrində Şəki şəhərində yerləşən obyektlərdən birinə naməlum şəxs tərəfindən ov tüfəngi ilə atəş açılması barədə şəhər-rayon polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd olunan hadisəni törətməkdə şübhəli bilinən Şəki şəhər sakini, 1989-cu il təvəllüdlü Səmədov Famil Abduləli oğlu saxlanılıb. Ondan hadisə zamanı istifadə etdiyi tüfəng maddi sübut kimi götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqalə

Bakı -Quba ödənişli yolunda avtomobil aşdı –

Sonrakı məqalə

Zaqatalada nəvəsi tərəfindən bıçaqlanan baba xəstəxanada öldü