Şəkidə tanınmış göz həkimini maşın vurub

Tanınmış oftalmoloqu maşın vurub.

Hadisə səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki şəhəri ərazisindən keçən hissəsində baş verib.

Nicat Məlikov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən piyada 64 yaşlı Gülnarə Məmmədovanı vurub. Gülnarə Məmmədova Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, Gülnarə Məmmədova uzun illərdir Şəki RMX-da göz həkimi kimi əhaliyə xidmət göstərir.

Faktla bağlı araşdırma aparılır. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.