Şəmkir rayonu üzərində erməni hərbi PUA-sı vuruldu

21 Sentyabr 2020 - 00:33

Sentyabrın 20-də saat 23:00 radələrində Şəmkir rayonu ərazisində güclü partlayış səsi eşidilib.

Bu barədə Musavat.com-a Şəmkir rayon sakinləri məlumat verib. Məlumatda bildirilir ki, ard-arda iki güclü partlayış səsi  eşidilib.

Musavat.com yayılan xəbərlə bağlı araşdırma aparıb.

Əldə etdiyimiz qeyri-rəsmi məlumata görə, qeyd edilən saatda Şəmkir rayonu ərazisində erməni hərbi PUA-sı (Pilotsuz Uçuş Aparatı) Azərbaycan hərbi qüvvələri tərəfindən məhv edilib.

Vurulan hərbi PUA Şəmkir rayonun Sabirkənd kəndi ərazisinə düşərək partlayıb.

Bildirilir ki, PUA ermənilərlə sərhəd istiqamətində vurulub.