Yaxın vaxtlarda sərhədin demarkasiyası üzrə komissiyaların iclası olacaq- Qriqoryan

Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası üzrə komissiyaların növbəti iclasının vaxtı ilə bağlı hələlik razılıq yoxdur.

Azpost.info xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan deyib.

“Növbəti görüşün tarixini hələ razılaşdırmamışıq, amma düşünürəm ki, yaxın vaxtlarda görüş baş tutacaq, çünki sərhədlərin demarkasiyası üzrə komissiyaların birgə fəaliyyətinin reqlamenti müzakirə və təsdiq mərhələsindədir. Ermənistan və Azərbaycan razılığa gəliblər ki, reqlament qüvvəyə mindikdən sonra görüşməliyik”, – Qriqoryan bildirib.

Azpost.info

Əvvəlki məqalə

Gələn il növbəti “Yüksəliş” müsabiqəsi keçiriləcək

Sonrakı məqalə

Küləkli hava şəraiti ilə bağlı sarı