Şəhid olmuş general Polad Həşimov və polkovnik İlqar Mirzəyev dəfn edildi –FOTO (YENİLƏNİB)

General-mayor Polad Həşimov dəfn edilib.

Azərbaycan ordusunun iyulun 14-də Tovuzda şəhid olan general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev dəfn olunublar.  

Generalın və polkovnikin cənazələri bu gün səhər saatlarında II Fəxri Xiyabana gətirilib.

**

Dünən səhər saatlarında Tovuz rayonu ərazisində şiddətli döyüşlər nəticəsində şəhid olan general-mayor Polad Həşimov II Fəxri Xiyabanda dəfn mərasimi keçirilir.

Mərasimdə Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak edirlər.

Mərasimdə yaylım atəşi açılıb və Azərbaycan Dövlət Himni oxunur. (Qafqazinfo)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Cavid Paşayev iki gündür EKMO cihazına qoşulub” –

Sonrakı məqalə

Kardioloq Ruhiyyə Kərimova koronavirusdan vəfat edib