Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirilib –FOTO/VİDEO

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı şəhid olan Orxan Əsgərovun cənazəsi evinə gətirilib.

Hazırda şəhidin evində onunla vida mərasimi keçirilir.

Şəhidin evinin qarşısında fəxri qarovul düzülüb.

Xarici işlər nazirinin müavini Xələf Xələfov və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva vida mərasimində iştirak edir.

Vida mərasimindən sonra cənazə dəfn olunmaq üçün II Şəhidlər xiyabanına aparılacaq.

Qeyd edək ki, dəfn mərasimi saat 12:00-da baş tutacaq.

Qeyd edək ki, yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb.

Ötən gün Orxan Əsgərovun nəşi və səfirlik əməkdaşları Bakıya təxliyə edilib.

Əvvəlki məqalə

Qırmızı Xaç Azərbaycanda saxlanılan Ermənistan vətəndaşlarına baş çəkib

Sonrakı məqalə

“Makron dürüst deyil, bütün nüfuzunu itirib”