Şəhid Səbuhi Əhmədov II Fəxri xiyabanda dəfn olunub – VİDEO

Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədov dəfn olunub.

Onun nəşi Yasamal rayonu ərazisində yerləşən II Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, Yasamal Rayon İcra Hakimiyyəti rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur. (APA)

Əvvəlki məqalə

Qazaxıstan sülhməramlılarını Azərbaycan-Ermənistan sərhədinə göndərməyəcək

Sonrakı məqalə

“Rusiya 20-dən çox ölkədə siyasətçiləri və məmurları maliyyələşdirib”