Şəkidə çaqqal 64 yaşlı kişiyə hucum edib

Tibbi Yardım
Tibbi Yardım

Şəki sakini çaqqalın hücumuna məruz qalıb.

Hadisə rayonun Böyük Dəhnə kənd ərazisində baş verib. Belə ki, 64 yaşlı kənd sakini Nəsir İsmayılov axşam saatlarında mal-qaranı örüşdən evə gətirən zaman qarşısına çaqqal çıxıb. Vəhşi heyvan əvvəlcə mal-qaraya, daha sonra ona hücum edib. Nəsir İsmayılov mal-qaranı çaqqaldan mühafizə edərkən vəhşi heyvan onun sağ ayağının baldır nahiyəsindən xəsarət yetirib.

Kənd sakini özünü çaqqaldan müdafiə etməyə başlayıb və nəticədə onu öldürüb.

Son anda hadisə yerinə yetişən digər sakinlərin köməyi ilə Nəsir İsmayılov dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona xəstəxanada ilkin tibbi yardım göstərilib. İlk növbədə quduzluq əleyhinə peyvənd vurulub.

Bir müddət xəstəxanada həkim nəzarətində qalan Nəsir İsmayılov daha sonra müalicəsini ambulator şəraitdə davam etdirmək şərti ilə evə buraxılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.