Şəkidə dəmirçi iş başında ölüb

Şəkidə dəmirçi iş başında ölüb.

Hadisə ötən gün rayonun Orta Zəyzid kəndində baş verib. Kənd sakini, 1979-cu il təvəllüdlü Həmzətov Namiq Hümmət oğlunun işlədiyi dəmirçi sexində qəfildən halı pisləşib və dünyasını dəyişib.

İlkin müayinə zamanı N. Həmzətovun ürək tutmasından öldüyü məlum olub. (APA)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.