Şəkidə dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb

Şəkidə mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb.

Rayonun Kiş kəndindən 8-9 km aralıqda, yüksək və mürəkkəb relyefli dağlıq ərazidə ötən gün günorta saatlarından başlayan yanğın bu gün səhər saatlarında məhdudlaşdırılıb. Hazırda ərazidə tam söndürmə və kəşfiyyat işləri aparılır.

İlkin məlumata görə, yanğın 15 hektar sahəni əhatə edib. Ərazidə kol-kos, xəzəl, quru ot, xırda ağaclar, qurumuş ağac və kötükləri yanıb.

Qeyd edək ki, yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin müvafiq texnikaları, 60 nəfər canlı qüvvəsi, Mülki Müdafiə Qoşunlarının 30 nəfər şəxsi heyəti, Aviasiya dəstəsinin iki ədəd helikopteri həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 100-ə yaxın əməkdaşı cəlb edilib.

Əvvəlki məqalə

Laçında qondarma “erməni irsi” haradan ortaya çıxıb?

Sonrakı məqalə

Bu günə olan valyuta məzənnələri