Səmərqənddə Ərdoğan-Putin görüşü başlayıb- Nələr müzakirə olunacaq?

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən sammiti çərçivəsində ikitərəfli danışıqlara başlayıblar.

Azpost.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Rəsmi görüşdə Rusiya və Türkiyə prezidentlərinin qlobal və regional problemləri, o cümlədən Ukrayna və Donbasdakı vəziyyəti, İstanbul taxıl sazişinin icrasını, həmçinin Suriya və Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi üçün səylərin əlaqələndirilməsini müzakirə edəcəyi gözlənilir.

Azpost.info

Əvvəlki məqalə

Tacikistanla Qırğızıstan arasında atəşkəs yenidən pozulub

Sonrakı məqalə

“Ermənistan sülh gündəliyinin irəliləməsini dayandırmaq üçün atəşkəsi ardıcıl pozub”