Şəmkirdə polis zabiti yol qəzasında həlak olub

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DiN-in mətbuat xidmətindən bildirilib ki, aprelin 29-da saat 23 radələrində Bakı-Qazax yolunun Şəmkir rayonu hissəsində 1991-ci il təvəllüdlü Seyidrüstəm Əliyevin idarə etdiyi “Niva”, 2001-ci il təvəllüdlü Fikrət Bağırovun idarə etdiyi “Priora” markalı avtomobillər toqquşub. Nəticədə S.Əliyev hadisə yerində dünyasını dəyişib, digər sürücü xəstəxanaya çatdırılıb.

Araşdırma aparılır.

S.Əliyev polis zabiti olub, Gədəbəy RPŞ-də xidmət edirdi.

Əvvəlki məqalə

Sürücü huşunu itirdi, uşaq avtobusu qəzadan xilas etdi –

Sonrakı məqalə

Bu gün Formula 1 üzrə Azərbaycan Qran-Prisinin qalibi məlum olacaq