Şəmkirdə ruhi xəstə qonşularını və 9 yaşlı uşağı bıçaqlayıb

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Hadisə Şəmkir şəhərin Habil Əliyev küçəsində qeydə alınıb.

55 yaşlı Natiq Abbasov qarının kəsilmiş-deşilmiş, 51 yaşlı Sevda Abbasova qulağının və ailənin nəvəsi 9 yaşlı Xədicə Abbasova sifət nahiyəsinin bıçaqlanması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal onların yaraları tikilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə Abbasovlar ailəsini qonşusu bıçaqlayıb. Həmin şəxsin əsəb xəstələyindən əziyyət çəkdiyi bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. (APA)

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun sözlərinə görə, Şəmkir rayon Polis Şöbəsinə rayon sakini Natiq Abbasovun daxilə keçmiş, Sevda Abbasovanın qulağının kəsilmiş-deşilmiş və ailənin azyaşlı nəvəsinin sifət nahiyəsinin bıçaq xəsarətləri almaları barədə məlumat daxil olub.

Dərhal Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb, araşdırmalar nəticəsində qeyd olunan şəxslərə xəsarətləri yetirməkdə şübhəli bilinən, qonşuları, dəfələrlə ruhi-əsəb dispanserində müalicə almış, 1990-cı il təvəllüdlü Fuad Məmmədov saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Əvvəlki məqalə

Putinlə kompromis mümkün deyil –

Sonrakı məqalə

Orqanizmə zərərli olan 37 ərzaq hansılardır? –