“Sərhəd, dəniz və hava hücumundan müdafiə sistemləri gücləndirilsin!”- Si Cinpin

Çin lideri Si Cinpin milli təhlükəsizlik səviyyəsinin yüksəldilməsi üçün ölkənin sərhəd, dəniz və hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi barədə göstəriş verib.

Azpost.info xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.

Bu qərar ordunun modernləşdirilməsi vəzifələri nəzərə alınaraq verilib.

Cinpin müasir hərbi infrastrukturun yaradılmasının milli dövlət quruculuğu prosesində vahid tələb olduğunu deyib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.