“Sərhəd döyüşlərində Fransa birbaşa iştirak edib, muzdlular göndərib, Ermənistana silah verib” –ƏLİMƏMMƏD NURİYEVDƏN ŞOK AÇIQLAMA

“12-13 sentyabr tarixlərində Azərbaycan ilə Ermənistan arasında baş verən toqquşmalarda Fransa birbaşa iştirak edib”.

Bu sözləri Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev “Press Klub” TV-nin canlı efirində çıxış edərkən deyib.

Hüquşünas bildirib ki, Fransa erməni xüsusi təyinatlılarının hazırlanmasında və silahlandırılmasında yaxından iştirak edib: “Fransa bu məsələdə silah, texniki təchizatla bağlı Ermənistana yardım edib. Həmçinin Fransa kəşfiyyatı Azərbaycan ordusunun yerləşdiyi mövqeləri ermənilərə ötürüb. Hətta Fransadan gələn muzdlu döyüşçülər də bu hadisələrdə birbaşa iştirak ediblər. Bir sözlə son sərhəd hadisələrində təcavüzün əsas iştirakçısı Fransa olub”.

“Əminəm ki, Azərbaycan tərəfində bu barədə məlumatlar var. Sərhəddə baş verən hadisələrə görə, həlak olan hərbçilərin qanı Fransanın əlindədir. Biz bu məsələdə qətiyyən tərəddüdə yol verməməliyik. Fransa vaxtilə Afrikda etdiklərini indi Cənubi Qafaqazda təkrarlamağa çalışır”,– deyə o, bildirib.

Əvvəlki məqalə

Son sutkada Azərbaycanda 201 nəfər koronavirusa yoluxub

Sonrakı məqalə

Havanın temperaturu 8-12 dərəcə düşəcək –