Şərqi Avropa ölkələri silahlı qüvvələrini artırmaqda çətinlik çəkir. Bu da onların Rusiya ilə ehtimal olunan hərbi münaqişəyə hazırlaşmasına mane olur.
Azpost.info xəbər verir ki, bu barədə “Reuters” yazıb.
Agentlik qeyd edir ki, Rusiyaya qarşı mübarizə aparmaq üçün NATO ölkələri 35-dən 50-yə qədər əlavə briqada yaratmaq istəyir.
Məlumata görə, Macarıstan, Polşa, Rumıniya, Slovakiya və Çexiya hərbi kadrların qəbulu ilə bağlı problemlər yaşayır. Xüsusilə, Praqa bir neçə ildir ki, orduya cəlb olunma hədəflərinə nail ola bilmir və qoşunların səviyyəsini saxlamaqda çətinlik çəkir.
Agentlik əlavə edib ki, çexlər 2021-ci ildə hərbi personalın cəlb edilməsi planını cəmi 56, 2022-ci ildə isə 85 faiz yerinə yetiriblər.
“İnsansız heç nə edə bilmərik: avadanlıqları modernləşdiririksə, lakin kifayət qədər bacarıqlı və həvəsli kadrlarımız yoxdursa, bu, pul itkisidir” Çexiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Karel Rexka deyib.
Azpost.info