Sərt karantin günlərində fəaliyyət göstərəcək apteklər –SİYAHI

Nazirlər Kabineti yanında Operativ Qərargah sərt karantin günlərində fəaliyyət göstərəcək apteklərin siyahısını açıqlayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində tətbiq olunan sərtləşdirilmiş karantin rejimi zamanı yalnız ünvana çatdırılma xidməti göstərməklə apteklərin fəaliyyətinə icazə verilib.

Qeyd olunan 9 şəhər və rayonun sakinləri apteklərdən dərman vasitələrini sifariş vermək üçün (012) 914 və *7700 “Qaynar Xətt”inə və www.aptekonline.az internet səhifəsinə müraciət edə bilərlər.

Bundan əlavə, siyahıda sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunmadığı rayon və şəhərlər üzrə də onlayn apteklər mövcuddur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu gün koronavirusla bağlı 7505 test keçirilib

Sonrakı məqalə

İtaliyada koronavirusdan ölənlərin sayı 34,3 mini keçib