Səudiyyə Ərəbistanı Çində neft emalı zavodu tikəcək

Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkəti Çində neft emalı zavodu və neft-kimya zavodu tikəcəyini açıqlayıb.

Tikiləcək zavodun 2026-cı ildə istismara verilməsi planlaşdırılır.

Şirkətdən verilən məlumata görə, bu istiqamətdə artıq Çinin “Norinco” və “Panjin” şirkətləri ilə ortaq fəaliyyət başlanılıb.

“Saudi Aramco” müştərək müəssisənin 30 faizinə, “Norinco” 51 və “Panjin” isə 19 faizinə sahib olacaq.

Müəssisənin gündəlik istehsal gücü 300 min barel olan neft emalı zavodu, həmçinin illik 1,65 milyon ton etilen və 2 milyon ton paraksilol istehsal gücünə malik neft-kimya zavodu tikiləcək.

Layihə lazımi təsdiqləri aldıqdan sonra tikintiyə 2023-cü ilin aprelindən sonra başlanılacaq.

Əvvəlki məqalə

Zelenski məşhur aktyor Orlando Blum ilə görüşüb

Sonrakı məqalə

Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq