Səudiyyə Ərəbistanı Özbəkistana 10 milyard dollar sərmayə qoyacaq

Özbəkistan və Səudiyyə Ərəbistanının Energetika nazirlikləri Qaraqalpaqıstanda 1,5 GVt gücündə “ACWA Power” külək elektrik stansiyasının tikintisi, Özbəkistanın enerji kompleksinə 10 milyard dollar sərmayə qoymaq niyyətləri və ölkədə yaşıl hidrogen istehsalının yaradılması üzrə tədqiqatlar haqqında sazişlər imzalayıblar.

Bu barədə Gazeta.uz  məlumat verir.

Energetika Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Özbəkistan və Səudiyyə Ərəbistanının energetika nazirlikləri, eləcə də Səudiyyə şirkətləri 12 milyard dollar dəyərində üç əsas inkişaf sazişi imzalayıblar.

Sazişlər Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Səudiyyə Ərəbistanına dövlət səfəri çərçivəsində imzalanıb.

Əvvəlki məqalə

“Disney” şirkəti “Avatar” filmini öz yayım platformasından çıxarıb

Sonrakı məqalə

İranın ən böyük avtomobil şirkəti Azərbaycanda rəqabət aparacaq