Səudiyyə Kralı Azərbaycan Prezidentini təbrik edib

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Səudiyyə Ərəbistanının rəsmi “Saudi Press” (SPA) informasiya agentliyinin yaydığı təbrik məktubunda Kral Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan hökumətinə və xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıb.

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud da Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Səudiyyə Ərəbistanının rəsmi “Saudi Press” (SPA) informasiya agentliyi tərəfindən yayılmış təbrik məktubunda Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə möhkəm cansağlığı, ailə səadəti, Azərbaycan hökumətinə və xalqına isə davamlı inkişaf və rifah arzu edib

Əvvəlki məqalə

Məhkəmə Dağıstan DİN rəbərinin müavini barəsində həbs qərarı verdi

Sonrakı məqalə

Səlcuk Bayraktar Azərbaycan xalqını təbrik etdi