Tbilisinin özəl “Vivamed” klinikasında saxlanılan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ona qarşı işlərlə bağlı məhkəmə iclaslarında şəxsən iştirak etmək istəyir.
Azpost.info xəbər verir ki, bu barədə Saakaşvili özü açıqlama verib.
“Mən şahidlərin dindirilməsində iştirak etməyə hazıram. Bu biabırçı, uydurma işlərdə bütün şahidlərin gözünə baxa biləcəyim məhkəməyə çatdırılmağımı təşkil edin!”, – Saakaşvili klinikadan videobağlantı vasitəsilə iştirak etdiyi məhkəmə iclasında deyib.
Saakaşvili 2022-ci ilin mayında səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirildikdən sonra məhkəməyə getməyi dayandırıb.
Azpost.info