Saakaşviliyə hökm oxundu- AĞIR CƏZA

Saakaşvili
Saakaşvili

Gürcüstan məhkəməsi Saakaşvilini dövlət mənimsəmə işi üzrə 9 il müddətinə azadlıqdan məhrum edib. AzPost “Mtavari Arkhi” telekanalına istinadla xəbər verir ki, Tbilisi şəhər məhkəməsi keçmiş prezident Mixail Saakaşvilini dövlət vəsaitinin mənimsənilməsi işi üzrə 9 il müddətinə azadlıqdan məhrum edib.

Bildirir ki, keçmiş dövlət başçısı “gödəkçələr” işi üzrə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Keçmiş prezident 2014-cü ildə dövlət vəsaitlərini mənimsəməkdə ittiham edilib və “gödəkçə işi” kimi tanınıb.

İttiham tərəfi iddia edir ki, Saakaşvili büdcə vəsaitindən gödəkçə və palto almaq, övladının təhsil haqqını ödəmək, kosmetik prosedurlar keçirmək, qol saatı almaq, bahalı avtomobil və təyyarə icarəyə götürmək üçün istifadə edib.

Saakaşvili hazırda 6 illik həbs cəzası çəkir. Daha əvvəl onun barəsində digər iki iş – Sandro Qirqvlianinin qatillərinin əfv edilməsi və deputat Valeri Qelaşvilinin döyülməsi üzrə hökmlər çıxarılmışdı.
M.Saakaşvili 2021-ci il oktyabrın 1-də gizli şəkildə Gürcüstana qayıtdıqdan sonra həbs edilib. Hazırda “Vivamedi” klinikasında saxlanılır.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.