Sabah AFFA-nın növbədənkənar Konfransı keçiriləcək. Apasport.az saytının məlumatına görə, tədbir “Bulvar otel”də baş tutacaq. Konfrans saat 10:00-da başlayacaq. Artıq Konfransın gündəliyi də açıqlanıb. Yığıncaqda əsas məsələ AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərə baxılmasıdır. Yığıncaqda həmçinin digər məsələlər də müzakirə olunacaq. Qeyd edək ki, növbədənkənar Konfransın çağırılması ilə bağlı qərar AFFA İcraiyyə Komitəsinin 2019-cu il 13 dekabr tarixli iclasında qəbul olunub.