Bu gün Azərbaycan və Ermənistanın xarici işlər nazirləri görüşəcək

01 Dekabr 2021 - 18:49

Dekabrın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İsveçdə görüşəcək.

Bunu Avropa İttifaqının xarici siyasət qurumunun nümayəndəsi Lük Pyer Devin deyib.

O bildirib ki, görüşün ATƏT nazirlər konfransı çərçivəsində keçirilməsi nəzərdə tutulur. (Trend)