“Sabahkı axşam mühüm olacaq. Hamısını olduğu kimi deyəcəyəm”.
AzPost bildirir ki, bunu “Truth Social” sosial platformasında ABŞ Prezidenti Donald Tramp yazıb.
Tramp özünü Ukrayna torpağının bir qarışını belə Rusiyaya verməyən ABŞ Prezidenti adlandırıb:
“Putin Rusiyasına bir parça da olsa Ukrayna torpağı verməmiş yeganə prezident Donald J. Trampdır. Zəif və qeyri-effektiv demokratlar tənqid edəndə, feyk xəbərlər həvəslə yayılanda bu sözlərimi unutmayın”-deyə Tramp yazıb..