Sabah hava necə olacaq?- PROQNOZ

Sentyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Mərkəzindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq, lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.

Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 19-21° isti, gündüz 24-27° isti olacaq. Bakıda gecə 19-21° isti, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq, lakin gündüz bəzi şərq rayonlarında qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 28-32° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.

Əvvəlki məqalə

Şəhid dəfnlərində dini şüarlar səsləndirənlərlə bağlı araşdırmalar aparılır

Sonrakı məqalə

“Putin və İlham Əliyev arasında görüş sabah olacaq” –