Sabah hava necə olacaq?- PROQNOZ

Sentyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Milli Hidrometeorologya Xidmətindən xəbər verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 25-29° isti, Bakıda gecə 21-23° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-20° isti, gündüz 30-35° isti, dağlarda gecə 5-9° isti, gündüz 12-17° isti olacaq.

Əvvəlki məqalə

Erməni diversiya qruplarının basdırdığı minalar aşkar olunub

Sonrakı məqalə

KTMT-dən Qırğızıstan-Tacikistan sərhədində gərginliklə bağlı