Sabah Rusiya və Azərbaycan XİN başçıları görüşəcək

31 Mart 2021 - 11:54

Sabah Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında görüş keçiriləcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O qeyd edib ki, Rusiya XİN başçısı erməni həmkarı ilə də ayrılıqda görüşəcək. 

Xatırladaq ki, ötən həftə Mariya Zaxarova MDB xarici işlər nazirləri Şurasının iclası çərçivəsində S. Lavrovun azərbaycanlı və erməni həmkarları ilə ayrı-ayrılıqda görüşlərinin aprelin 2-də baş tutacağını açıqlamışdı. Bu gün isə M. Zaxarova görüşün vaxtının dəyişdirildiyini, nazirlərin aprelin 1-də görüşəcəklərini bildirib.