“Sabah” “Səbail”ə qalib gəlib –Premyer Liqa

Bu gün Azərbaycan Premyer Liqasında XXXII tura start verilib.

Açılış oyununda “Sabah” və “Səbail” komandaları üz-üzə gəlib. “Bank Respublika Arena”da keçirilən görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Con İrazabal və Cesse Sekidika vurub.

Bu nəticədən sonra xallarını 49-a çatdıran “Sabah” turnir cədvəlində üçüncü pilləyə yüksəlib. “Səbail” isə 42 xalla altıncı yerdə qalıb.

Qeyd edək ki, turun digər oyunları aprelin 28-29-da keçiriləcək.

Əvvəlki məqalə

Bakıda “yaşıl cihad” –

Sonrakı məqalə

Ermənistanda İran avtobusu dərəyə aşıb, ölən və yaralananlar var –